Azərbaycanda telekanalın bağlanma xəbəri yayılıb.  

Mia.az-ın məlumatına görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.

Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib: "Hazırda bütün əməkdaşlar işdədirlər".

Musavat.com əlavə edir ki, Yurd TV bu yaxınlarda Prezident Administrasiyasındakı yüksək vəzifəsindən çıxarılan Elnur Aslanova məxsus media quruluşlarındandır.