Rusiya donanması “Kalibr” qanadlı raketlərlə Ukraynanın Lvov vilayətində Amerikanın göndərdiyi  M777 haubitsaları üçün döyüş sursatı olan anbarı vurub, eyni zamanda, daha bir Su-25 hücum təyyarəsi və altı pilotsuz uçuş aparatı məhv edilib".

Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bugünkü brifinqdə deyib.

O bildirib ki, Lvov vilayətinin Zoloçiv yaşayış məntəqəsi yaxınlığında yüksək dəqiqlikli uzaqmənzilli “Kalibr” raketləri NATO ölkələri tərəfindən Ukraynaya verilmiş xarici silahların, o cümlədən 155 millimetrlik M777 haubitsalarının sursat anbarını məhv edib: "Bununla yanaşı, Rusiya hava hücumundan müdafiə sistemləri "DXR"in Krasnopolye bölgəsində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Həmçinin, ötən sutka ərzində Donetsk və Luqanskın müxtəlif yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatı vurulub”.