"Düşünürəm ki, indi yaşayıram. Buna qədər çabalayırdım ki, yaşamağa doğru gedim. Gələcəyim üçün hər şey qurdum. Artıq xalayam, baldızam. Bu yaşa qədər yaşadıqlarıma baxıram, düşünürəm ki, bundan sonra daha gözəl yaşayacam. Amma uşaqlıq heç vaxt keçməyəcək".
Mia.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Xəbər-ətər" proqramında deyib. Bu gün ad gününü qeyd edən ifaçı 40 yaşı tamam olduğunu bildirib.
Mahnılarından danışan Röya "Oxuduğum mahnıların çoxu özünə aiddir: ən yalançı da, atıb gedən də, yarımçıq da mənəm. Mahnıları oxuyuram, sonra dərk edirəm ki, vəfasız tərəf mənəm" sözlərini əlavə edib.
Sənətçi bildirib ki, hazırda qazancını oğlu Hüseynin təhsilinə xərcləyir:
"Artıq həyatı bir qadın kimi yaşayıram. İşləyirəm və deyirəm ki, bu, sərmayəni ayırıram oğlumun təhsilinə. Çox yaxşı adam və mənə baxan oğul olsun. Əvvəl bahalı paltar mərhələsində idim, indi isə oğlumun təhsilidir əsas".