Bu gün Prezident İlham Əliyev ard-arda bir neçə sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, "İnşaatçılar Günü" peşə bayramı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:
Abdullayev Elmir Ramazan oğlu
Allahverdiyev Nizami Nüsrət oğlu
Bünyadov Əhməd Sadıq oğlu
Cəfərov Qabil Zeynalabdın oğlu
Əhmədov Əhməd Məcid oğlu
Əliyev Pənah Nəbi oğlu
Əliyev Vəzir Mustafa oğlu
Əlizadə Vəfa Əliağa oğlu
Hümbətov Eldar İdris oğlu
Xudabaxışov Camaləddin İsaməddin oğlu
İmanov Rəvayət Yəhya oğlu
İsmayılov Cüneyd Qiyas oğlu
İsmayılov Ramiz Əlibəy oğlu
Qasımov Şahbaz Məmmədhəsən oğlu
Məhərrəmov Nazim Namiq oğlu
Məmmədov Leysan Novruz oğlu
Musayev İsa Cavad oğlu
Mustafazadə Nasir Nadir oğlu
Nuriyev Dilxoş Əliqulu oğlu
Paşayev Xəyal Əli oğlu
Səfərov Məsum Qasım oğlu
Sultanov Zakir İmran oğlu
Şəkixanov Tofiq Həmid oğlu
Şükürov Nazim Qaçay oğlu
Dövlət başçısının digər sərəncamı ilə inşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adı verilib.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Mühəndis" fəxri adı verilsin:
Əliyev Faiq Ənvər oğlu
Əliyev Natiq Balabəy oğlu
Hacıyev Knyaz Mehdi oğlu
Hüseynova Mina Ələsgər qızı
Xəlilov Mirzəcan Mirzəmməd oğlu
Məmmədov Məmməd Əli oğlu
***
Prezident İlham Əliyev Azər Mustafazadənin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama görə, A.Mustafazadə Azərbaycanda nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
***
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulur.