Ukrayna ordusu Xerson vilayətində əks-hücuma keçib.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski növbəti müraciətində deyib.

O bildirib ki, Rusiya ordusuna bu istiqamətdə hücum cəhdinin qarşısı alınıb: "Ukrayna ordusu əks-hücumla Xerson vilayətindəki bir neşə qəsəbə və kəndləri azad edib".

Donbasdakı vəziyyətə toxunan Zelenski bildiirb ki, burada da Rusiya ordusuna layiqli müqavimət göstərilir: "Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək".