Müğənni Aygün Ağayeva barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.
Mia.az Lent.az-a istinadla xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə Yasamal rayon Məhkəməsinə şikayət olunub.
Müğənnini şikayət edən isə onun həmkarı, Canan ləqəbli Gülnar Babayevadır.
Məhkəmə prosesi hakim Hüseyn Səfərovun icraatına verilib.