Azərbaycan Ordusunun hərbi qulluqçuları - tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, polkovnik-leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular:
"Həkimlərin səyinə baxmayaraq, hərbi qulluqçuların həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verir".