İranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin dövlət başçısı Həsən Ruhani ilə görüşüb.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, prezidentlər arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Görüşdən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib. İran mətbuatının verdiyi xəbərə görə, Azərbaycanla İran arasında əməkdaşlıq haqqında bir neçə sənəd imzalanıb.