Populyar müğənni Yaşar Cəlilov Türkiyəyə gedib. Səfərdən məqsəd onun yeni mahnısının aranjeman işləri ilə bağlıdır.

Bu barədə Mia.az-a açıqlama verən Y.Cəlilov mahnı haqqında məlumat vermədi: "Mahnımın adı və  müəlliflərinin adlarını hələlik sirr saxlayırıq. Mahnı yaxın vaxtlarda  təqdim olunacaq, son tamamlanma işləri gedir”.

İfaçı yeni mahnısının 2014-cü ildə çıxacaq sayca 3-cü albomuna daxil edəcəyini və səfərdən dönəndən sonra bu barədə daha ətraflı məlumat verəcəyini deyib.