“Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Qərb ölkələri Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti barədə ideyası ilə razılaşmağa başlayıblar/Report.

Ərdoğan daha sonra sveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı aparılan danışıqlara toxunub.

O qeyd edib ki, hər iki ölkə Türkiyənin terror təşkilatları və digər məsələrlə bağlı tələblərinə əməl etməlidir: "Bizim tələblərimizi yerinə yetirməsələr, onların NATO-ya qəbuluna "yox" deyəcəyik".