Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini yekun olaraq təsdiqləyib.
Mia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı açıqlama yayıb.
Bildirilib ki, İttifaqa üzv dövlətlər 6 ay ərzində Rusiyadan xam neftin, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edəcək: "Eyni zamanda, altıncı məhdudlaşdırıcı sənədə əsasən, Rusiyanın “Sberbank”, “Rosselxozbank” və Mokva Kredit Bankı SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) şəbəkəsindən çıxarılacaq. Bundan əlavə, paketə qiymətli kağızlar, o cümlədən Rusiyanın dövlət borclarına xidmət üçün istifadə edilən Rusiyanın Milli Hesablaşma Depozitarisini (MHD) və daha 17 hüquqi şəxsi daxil olunub. Həmçinin “Oboronenerqo”, “Voentelekom”, “Voentorq”, “Kamaz”, UAZ, “Tatneft-Neftexim” və “Remdizel” də "qara siyahı"ya alınıb".
Bundan əlavə, sanksiyalar siyahısına Tatyana Navka, həmçinin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu və qızı, həmçinin olimpiya çempionu Alina Kabayevanın adı da salınıb.