Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni təyin edilmiş müavinlər - Fərid Əhmədov və Samir Məmmədovun cavabdeh olacağı sahələr məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Report-a nazirlikdəki mənbə məlumat verib.

Onun sözlərinə görə, F.Əhmədov innovasiya və təhsil layihələrinə, İnnovasiyalar Agentliyinin, Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin tənzimlənməsininə nəzarət edəcək. S.Məmmədov isə nazirliyə məxsus "Aztelekom", "Baktelekom və "AzInTelecom" MMC-lərin fəaliyyətinin tənzimlənməsində iştirak edəcək.

Maraqlıdır ki, Rəşad Nəbiyevə yeni müavin təyin olunan keçmiş dəmiryolçu Cavid Qurbanvla bağlı açıqlamada məlumat verilməyib.

Mia.az