Maliyyə naziri Samir Şərifov beynəlxalq donor təşkilatlarının və Dövlət Büdcəsi hesabına aparılan yeni magistral avtomobil yollarının tikintisində nəqliyyat naziri Ziya Məmmədovla «Azəryolservis»in rəhbəri, deputat Cavid Qurbanovun yol verdikləri maliyyə fırıldaqları ilə bağlı dosye hazırlatdırıb.
Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, yeni magistral yolların layihə çevrəsinə daxil olan yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi, eyni zamanda, ayrılan vəsaitin həddindən artıq şişirdilməsi, üstəlik, əlavə vəsaitlərin tələb olunması Maliyyə Nazirliyini hərəkətə gətirib:
«Bilirsiniz ki,
10 ildən çoxdur ölkənin yol infrastrukturunun yenidən qurulması istiqamətində köklü layihələr həyata keçirilir.
Son bir ilə qədər həyata keçirilən layihələrdə qiymətlərin həddindən artıq şişirdilməsindən sonra yuxarı dairələr Maliyyə Nazirliyinin hərəkətə keçirib.
Söz yox ki,
Maliyyə Nazirliyi,
konkret olaraq nazir Samir Şərifov və nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbərliyi belə təftişlərdə də maraqlı olublar.
Odur ki,
Samir Şərifov yaranmış vəziyyətdən daha fürsətcil davranaraq Ziya Məmmədovla Cavid Qurbanovun yol verdikləri və milyonlarla ölçülən maliyyə fırıldaqlarını ciddi mühasibat və ekspert rəyləri ilə arxivləşdirib.
Ziya Məmmədovla Cavid Qurbanovun ətrafında yaşanan son gərginliklər də,
əslində, Maliyyə Nazirliyinin hazırladığı və yuxarılara təqdim etdiyi dosye ilə əlaqədardır.
İndi Ziya Məmmədovla Cavid Qurbanovdan mənimsənilən və hara xərcləndiyi bilinməyən milyonların hesabı sorulur».
Mənbə bildirir ki, son bir ildə kompensasiyalarla bağlı narazılıq edənlərin Maliyyə Nazirliyinə yönəldilməsi də təsadüfü deyil: