"Rəis xanımları zəng edib, hər hansı məclisə dəvət etsələr, gedib pulsuz oxuyaram. Bu mahnı mənə uğur gətirdi".
Mia.az xəbər verir ki, bunu "Rəisim" mahnısı ilə populyarlaşan müğənni Müjgan Ayxan azxeber.com-a müsahibəsində deyib.
"Mahnınn tarixçəsinə gəldikdə isə, 2019-cü ildə bir jurnalist mənə sual verdi ki, şou-biznesdə hamının "həci”si var. Sizdə də həcidir? Cavab olaraq bildirdim ki, hər kəsdən fərqli olaraq məndə rəisdir. Ondan sonra adımın yanında rəis adı qaldı. Və bir gün düşündüm ki, hər mövzuda mahnı var, rəislərimiz üçün niyə olmasın? Bu mahnını oxuyanda məhz kim üçünsə deyil, keçmiş və gələcək nəzərdə tutulmayıb. Çünki həyatımda elə biri olmayıb, olsa niyə yalan danışım.
Əlbəttə, ailəsi, sevgilisi rəis ola bilən hər kəsə aiddir bu mahnı. Burda qəbahətli bir şey yoxdur ki. Mən bu mahnını rəislər və onların xanımları üçün oxudum. Özəl və gözəl günlərində rəis həyat yoldaşlarına təqdim etməkləri üçün ifa etdim. Bu mahnının özümə heç bir aidiyyatı yoxdur", - müğənni söyləyib.
O bildirib ki, mahnının belə səs-küy yaradacağını gözləyib: "Çünki 2019-cu ildən Müjgan Ayxan adının yanında rəis ifadəsi var idi. Bəlkə də ona görə də bu günə qədər təkəm (gülür). DİN-dən mahnı haqda açıqlama verilməsindən sonra sevincimdən ağladım. Qürur duydum. Polis haqqında bir çox mahnılar oxunub, ancaq heç biri belə nəticə verməmişdi. Həyatımda bu rəis mahnısına görə heç kim yoxdur (gülür). Hamı elə bilir ki, həyatımda kimsə var və o şəxs rəisdir. Ancaq elə bir şey yoxdur, hələ ki, subaylıqdır. Mən polis sistemini çox sevirəm. Onlara xüsusi sevgim var. Düşünürəm kişi olsaydım, ancaq polis olardım".