Rusiya ötən gün ərzində Ukraynada bir sıra hərbi obyektləri sıradan çıxarıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər veirr ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bugünkü brifinqdə açıqlayıb.
O bildirib ki, ötən gecə Rusiya aviasiyası ABŞ-ın Ukraynaya göndərdiyi haubitsa mərmilərinin saxlandığı silah anbarını da vurub: “Bununla bərabər ötən sutka ərzində raketlərlə üç komanda məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 36 ərazi, Soledar yaşayış məntəqəsi ərazisində 14-cü mexanikləşdirilmiş briqadanın özüyeriyən artilleriya alayı, altı sursat anbarı anbarı vurulub".