“Ukrayna parlamentli prezident respublikasıdır və hakimiyyət ölkə rəhbərliyindən kiminsə öldürülməsi ehtimalı ilə bağlı müxtəlif variantlar təqdim edib”.
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos forumunda özünə sui-qəsd olunacağı ehtimalı barədə suala cavab verərəkən deyib.
O bildirib ki, əgər öldürülərsə, buna qarşı alternativ planları var: "Belə bir hal olarsa, övləti idarə edəcək şəxs var. Biz hər şeyə hazırlıyıq".
Ruisya ilə danışıqlara toxunan Zelenski deyib ki, o, Putinlə aralarında kiminsə vasitəçilik etməsini daha istəmir: "Vasitəçilərlə görüşmək istəyim yoxdur və olmayacaq. Mən Putindən başqa heç kimlə görüşü qəbul etmirəm”.