“Donetsk əməliyyat zonasında ciddi aktivlik var".

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Xarkov istiqamətində bütün qüvvələrini mövqelərini gücləndirməyə çalışır: “İzyum şəhərinin cənub hissəsinə əlavə artilleriya bölmələri yerləşdirilib. Zaporejye istiqamətində qarşı tərəfin bölmələri yenidən qruplaşdırılır. Krivoy Roq və Nikolayev istiqamətlərində qarşı tərəf qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutmağa davam edir”.