Bir vaxtlar müğənni Rəqsanə İsmayılova və prodüsseri Təranə Səmədova arasında baş verən qalmaqalda adı hallanan biznesmen Faiq Azayev azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Təranə Səmədova məlumat verib: "Bu günə çox şükür. Faiq Azayev, Fərid Azayev... Bu görüntüyə çox sevinənlər də olacaq, hədsiz üzülən də olacaq, amma, mən anamın yoxluğundan sonra həyatımda yaranan bir boşluğun dolduğunu məhz bu gün hiss elədim, içimdə tamamlanmışlıq hissi yaşayıram, buna görə Yaradana təşəkkür edirəm, təbii ki, sizə də... Azadlığın mübarək, Faiq Azayev".

Qeyd edək ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərtarı ilə Faiq Azayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.