"Rusiya Ukrayna ilə sülh danışıqlarına qayıtmağa hazırdır".
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Kiyev danışıqları bərpa etməyə hazır olduğunu bildirərsə, Rusiya sülh danışıqlarına qayıtmağa hazırdır", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb/APA.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar sonuncu dəfə əyani formatda İstanbulda keçirilib, ondan sonra isə bir dəfə də onlayn formatda baş tutub.