Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib.

Məlumata görə, şöbənin adı president.az saytında “Struktur” bölməsindən çıxarılıb.

Ləğv edilən şöbənin müdiri Şahin Əliyevə isə yeni vəzifə verilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə o, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Mia.az