“Rusiya qoşunları Çerniqov və Sumı vilayətlərindəki yaşayış məntəqələrini artilleriya və minaatanlardan, Desna qəsəbəsini isə raketlərdən atəşə tutub. Bu istiqamətdə PUA-ların köməyi ilə hava kəşfiyyatı davam edir”.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Xarkov istiqamətində hazırkı sərhədin qorunmasına çalışır: "Hazırda Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir. Baxmut istiqamətində qarşı tərəf taktiki vəziyyəti yaxşılaşdırmaq üçün hücuma keçib. Lakin bu cəhdlər uğursuz olub. Bessarabiya istiqamətində heç bir ciddi dəyişiklik qeydə alınmayıb”