Bakıda yaşayan erməni əsilli vətəndaş Azərbaycan
Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi istəyir. Lakin sənədlərində
olan çatışmazlıqlara görə onun bu istəyi təmin edilməyib.
Bu barədə Mia.az-a məhkəmədən
sızan xəbərə görə, erməni əsilli Varaqyan İrana Telmanovna bu məqsədlə Nəsimi rayon Polis İdarəsinin müvafiq şöbəsinə müraciət etsə də, ona rədd cavabı verilib: «İrina Varaqyan Ağayeva soyadı ilə şəxsiyyət vəsiqəsi almaq istəsə də, təqdim etdiyi sənədlər qanunvericiliyə uyğun olaraq tam olmayıb. Bu səbəbdən də Nəsimi rayon Polis İdarəsi tərəfindən onun müraciəti təmin olunmayıb. Erməni əsilli qadın polisin bu qərarından
məhkəməyə üz tutub. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə də onun iddiasını təmin etməyib».
Mia.az-ın məlumatına görə, Varaqyan (Ağayeva) İrana Telmanovna birinci instansiya məhkəməsinin
qərarından Bakı Apellyasiyia
Məhkəməsinə şikayət edib: «Artıq onun «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi
tələb»indən bəhs edən şikayəti həmin məhkəmədə icraata qəbul olunub. İşə hakim Kəmalə Abiyevanın sədrliyi ilə aprelin 8-də baxılacaq».
span lang="EN-US" style="mso-ansi-language:EN-US"