“Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolayev vilayətinin Yevgenovka və Velika Kamışevaxa yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini havada vurub".

Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə açıqlayıb.

O bildirib ki, bununla yanaşı, ötən gecə müxtəlif ərazilərdə Ukraynanın 10 PUa-sı ilə yanaşı, Xarkov və Xerson vilayətlərində Ukraynanın ümumilikdə 18 “Smerç” raketi vurulub: "Bununla yanaşı, İlan adası yaxınlığında Ukraynanın daha bir Su-24 bombardmançı təyyarəsi düşürülüb".