"Rusiya Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü hiss edir”.
UNIAN xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
“Fikrimcə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətində əks-hücumunun qarşısının alınmasının mümkünsüzlüyünü Rusiya da hiss edir. Ona görə də onlar bizim əks-hücumun qarşısını almaq məqsədilə körpüləri partladır, xaotik şəkildə geri çəkilir”, - nazir vurğulayıb/Report.
Xatırladaq ki, bu arada Rusiya hərbçilərinin İzyum yaxınlığındakı bölmələrinin Xarkova hücuma keçməyə hazırlaşdıı barədə xəbərlər yayılıb.
Mia.az