"Rusiya aviasiyası şərq əməliyyat zonasında mülki və hərbi infrastruktura, ö cümlədən ölkənin dərinliklərindəki sənaye obyektlərinə zərbələr endirib”.

Mia.az xəbər verir ki, bu, Ukrayna Baş Qərargahının döyüş zonalarındakı son vəziyyətlə bağlı açıqlamasında bildirilib.

Məlumatda görə. Rusiya ordusunun Volın və Polissya istiqamətlərində fəal hərəkəti müşahidə olunmayıb:

"Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Sərhəd zolağında, xüsusilə Ukrayna ərazisində mobil radiomonitorinq kompleksinin fəaliyyəti qeydə alınıb. Qarşı tərəf Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədində nəzarəti gücləndirib. Xarkov istiqamətində isə düşmən əsas səylərini mövqelərini qorumağa yönəldib. Qarşı tərəfin hava kəşfiyyatı davam edir.

Bununla belə, Mariupolda Rusiya qoşunları kütləvi artilleriya və hava zərbələrini davam etdirir. Qarşı tərəfin əsas səyləri “Azovstal” ərazisindəki müdafiə qüvvələrimizi məğlub etməyə yönəlib. Ötən gün düşmənin 11 hava hədəfi vurulub. Onlardan 2-si helikopter, 7-si PUA, 2-si qanadlı raketdir.

Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində düşmənin 17 hücumu dəf edilib. Həmçinin 3 tank, 1 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 1 nəqliyyat avtomobili məhv edilib. Şəxsi heyətin itkiləri dəqiqləşdirilir”.