Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.
Dövlət Turizm Agentliyi faktı APA-ya təsdiq edib.
Agentlikdən bildirilib ki, ötən aydan Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.
Qeyd edək ki, Orxan Fikrətoğlu buna qədər İTV-də veriliş aparırdı.