taliyanın Turin şəhərində “Avroviziya 2022” mahnı müsabiqəsi start götürüb.
Mia.az xəbər verir ki, 10 may yarımfinalını bu təmsilçilər dəf edib: İsveçrə – Marius Bea, Ermənistan – Roza Kostandyan, İslandiya – Siqridur, Elizabet, Elin bacıları, Litva – Monika Lübinayte, Portuqaliya – Mariana Sekka, Norveç – “Subwoolfer” qrupu, Yunanıstan – Amanda Tenford, Ukrayna – “Kaluş” qrupu, Moldova – “Zdob şi Zdub” və “Advahov qardaşları” qrupları, Niderland – Stin den Hollander.
Mayın 12-nə təyin olunan ikinci yarımfinalda bu ifaçılar yer alır:
Finlandiya – “The Rasmus” qrupu
İsrail – Maykl Ben Devid
Serbiya – Ana Curiç
Azərbaycan – Nadir Rüstəmli
Gürcüstan – “Circus Mircus” qrupu
Malta – Emma Muskat
San Marino – Lauro De Marinis
Avstraliya – Şeldon Rayli
Kipr – Andromaxi Dimitropulu
İrlandiya – Bruk Skulyon
Şimali Makedoniya – Andrea Koyevska
Estoniya – Stefan Ayrapetyan
Rumıniya – Andrey İonuts Ursu
Polşa – Kristian Oçman
Monteneqro – Vladana Vuçiniç
Belçika – Jeremi Makiz
İsveç – Korneliya Yakobs
Çexiya – “We Are Domi” qrupu.
Yarışın finalı mayın 14-də keçiriləcək. Həmin raunda bu təmsilçilər birbaşa buraxılıb:
Almaniya – Malik Harris
Böyük Britaniya – Sem Rayder
Fransa – Aleksis Morvan-Rozius və “Ahez” qrupu
İspaniya – Şanel Terrero
İtaliya – Alessandro Mahmud və Rikkardo Fabbrikoni.