"Facebook"da Dövlət Yol Polisi əməkdaşlarının hansı "prinsip"lərlə işləməsini göstərən daha bir video-fakt yayılıb. İddia olunur ki, Bakı- Şamaxı yolunda NİVA markalı şəxsi maşında oturan Yol Polisi əməkdaşı radar qurub, pul qazanır. Qanunsuz radar 10-YP-777 markalı maşında quraşdırılıb.

Mia.az heç bir şərh vermədən general Ramiz Zeynalovun işçilərinin qanunsuz əməllərindən bəhs edən həmin videonu təqdim edir: