Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib.
Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə xəbəri Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday təsdiq edib: "Təəssüf ki, bizim hərbçilər Popasnadan bir qədər geri çəkilməyə məcbur oldu. Çünki təsəvvür edin, şəhər top atəşinə tutulub, iki aydan artıqdır ki, hücum neçə vaxtdır davam edir, davamlı olaraq atəşə tuturdular, orada hər şey dağıdılıb. Ona görə də bizimkilər əvvəlcədən hazırlanmış daha güclü mövqelərə geri çəkildi”.