Ukrayna ordusu Xarkov vilayətində daha bir neçə kəndi azad edib.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, əks-hücumla Aleksandrovka, Fedorovka, Ukrainka, Şestakovo, Pobeda yaşayış məntəqələri və Çerkasski Tişki kəndinin bir hissəsindən rus hərbçiləri çıxarılıb.