Müğənni Nadir Qafarzadə oğlu Loğmanın toyunda dəvət etdiyi, amma məclisə gəlməyən müğənnilərin adını açıqlayıb.
Sənətçi bu haqda “7 Özəl” proqramında danışıb. Qafarzadə bildirib ki, üç Xalq artisti onun məclisinə gəlməyib:
“Sayanın qulu, saymayanın kralıyam. Necəsiniz, mən də elə olacam. Deyəcəklər, səni saymayıb gəlməyiblər. Amma mən heç bir toydan qalmamışam. Oğlumun toyunda Zülfiyyə Xanbabayevanı gözlədim. Uşaqlar istəyirdi gəlsin. Amma gəlmədi. Oğlum və gəlinim Eyyub Yaqubovu, Röya Ayxanı istədi, gəldilər də. Brilliant Dadaşova və Tünzalə Ağayevanı dəvət etmişdim, gəlmədilər. Gəlib orada “xoşbəxt olsunlar” demək çətin idi?”/Azinforum.az.