Səbuhi İMANOV

***

Yer kürəsinin coğrafi psixologiyası üstündə yaşayan xalqların yerə və mühitə uyğun mentalitetini, adət-ənənəsini formalaşdıran xarakter tipi yaradır.

Beləliklə, günümüzdə daha qabarıq görünən,ümumi dünyagörüşümüzdən tutmuş fərdi məişət qayğılarımıza qədər təsir edən Şərq və Qərb sindromu əmələ gəlib. Bu, artıq həm də aktiv düşüncə tərzinə çevrılərək gələcəyimizi, kimliyimizi, hətta hədəflətərimizi müəyyən edəcək etalon funksiyasını daşıyır.

Yaşadıqlarım, gördüklərim,müşahidələrim Şərq və Qərb adamını,düşüncə tərzini həm də yaşadığı coğrafi məkana uyğun olaraq müqayisəli şəkildə xarakterizə etməyə imkan verdiyindən bir çox, bəzən aydin gördüyümüz, lakin fikir vermədiyimiz məsələlərə toxunacam. Bu həm fərdi,həm də toplum olaraq başımızın içindən tutmuş soyuducumuzun içinə qədər həyatımıza təsir edən faktorlardır.İştahamızla yediyimizin, planlarımızla etdiyimizin, qazandığımızla xərcədiyimizin,cebimizlə istəyimizin bir-biriylə münasibətləri haralı olduğumuzu çox qabarıq göstərir.

Biz,adətən danışıqdan,hərəkətlərdən bir-birimizi tanımağa çalışırıq. Amma, hətta, insanın necə qidalanmasından da onun tərbiyə aldığı mühit aydın görünə bilir. Şərqlə Qərbin ən böyük fərqi : Emosiyanallıq və rasiyanallıq. Şərq adamını emosiyanallıq idarə edir. Qərb adamı rasionallıqla idarə edir. Emosianal vəziyyət ağili və müqayisəni işləməyə qoymur,müzakirə formulunu sıradan çıxarır, hər şeyi inkar edir, ancaq özünü doğru sayır, nəyin bahasına olursa olsun, özünü döğru çıxarmaq istəyir və beləliklə, həqiqət it-bata düşür. Nəticədə istənilən situasiya donur və öz həllini tapmır. Emosianallıq emosianallıq gətirir, münasibətləri gərginləşdirir, azad düşünmək və azad danışmaq imkanlarını məhdudlaşdırır.

Şərq adamı susdurmağa və məcburiyyətə meyillidi. O uşağına nəsə soruşarkən daha çox sus deyirkən,Qərb adamı uşağıyla saatlarla söhbət edir. Şərq və Qərb idarəçilik sistemləri də buna misaldı. Rasional vəziyyət ağılı, məntiqi işə salır. Qərb adamı danişmağa,eşitməyə, müzakorə etməyə meyillidi. Doğru nəticə çıxarmaq peşindədi. Səbirlidir. İşlərini nəticə verə biləcək formada planlaşdırır. İsrafdan kənardı, işlədiyi kimi dincəlməyi də planlaşdırır və həyata keçirir. Yaşadığı yeri zibilləmir və kim edərsə, kollektiv şəkildə etiraz edir.

Başqasını günahlandırmır. Üzləşdiyi problemlərdə nəyi səhv etdiyini anlamağa çalışır. Fikrini azad və açıq deyib başqasını dinləməyi bacarır. Emosianallığın nəticəsi olaraq, adətən, inqlablar və müharıbələr daha çox Şərqdə olur. Münaqışələr sözün bitdiyi yerdən başlayar.

Dövrümüzün Qərbi danışmağın, müzakirə etməyin, sülhə gəlməyin etalonu olduğu bir vaxtda öz qoynunda böyük bir müharibəyə başladı. Əcəba, ilin-günün bu vaxtında Şərqin emosianallığı Qərbə niyə və necə transfer oldu?!...

Mia.az