Prezident İlham Əliyev sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.