Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 24200 hərbçisi öldürülüb:
"Bununla yanaşı, indiyədək Rusiyanın 84 qanadlı raket, 2 567 zirehli döyüş maşını, 1 062 tank, 475-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1843 avtomobil texnikası, 10 kater və 30 xüsusi texnika vurulub"
Ukrayna MN əlavə edib ki, son iki sutkada Rusiyanın 20-yə yaxın pilotsuz uçuş aparatı (PUA) məhv edilib.