Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyev bir neçə gün öncə Novxanı qəsəbəsi ərazisində bir münaqişədə tərəf olub. Onun idarə etdiyi avtomobil "Azpetrol" şirkətinə məxsus benzindaşıyan ağır tonnajlı avtomobillə qəza şəraitinə düşüb.
İddialara görə günah Rauf Əliyevdə olsa da o maşından enərək "Kamaz"ın sürcüsü Şəki rayon sakini 47 yaşlı İlqar Paşayevi təhqir etməklə kifayətlənməyib, hətta ona əl qaldırıb. Beləliklə, tərəflər arasında münaqişə yaranıb və sürücü də borclu qalmayaraq ona cavab verməli olub.
Bundan sonra maşına oturan Rauf Əliyev lazımi yerlərə zəng vuraraq İlqar Paşayevi həbs etdirməyə nail olub. İlqar Paşayev barəsində Binəqədi Rayon Polis İdarəsində xuliqanlıq maddəsiylə (221.3) cinayət işi başlanılıb və həmin rayon məhkəməsinin qərarıyla 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Mövzunu diqqətdə saxlayacağıq.
Moderator.az