Rəqqasə Fatimə Fətəliyeva ad günündə sənətçilərin Xalq artisti Aygün Kazımova ilə foto çəkdirmək üçün sıraya düzülmsinə söz atıb.
Axşam.az xəbər verir ki, sənətçi "Şourum"a açıqlamasında məclisdə qonaqların Kazımovanın başına toplaşdığını, onunla istədiyi kimi vaxt keçirə bilmədiyini söyləyib:
"Mənəm-mənəm deyən müğənnilər, hamısını gördüz. Mənə imkan vermədilər ki, qəşəng rəqs edim. Çəkilib kənarda dayandım və baxdım. Rahat olmadı, amma 49 dəqiqə Aygün Kazımova ad günümdə oxudu".
Fatimənin dediyi anın görüntülərində müğənnilər Günay İbrahimli və Aysel Əlizadə yer alıb.