Bu günlərdə “Qanun” nəşriyyatında yazıçı-jurnalist Adil ZAMAN-ın “Başqa həyat” adlı kitabı işıq üzü görüb.
Mia.az xəbər verir ki, kitaba daxil edilmiş “Başqa həyat” romanı “Üçotaqlı mənzil” pyesi¬nin məntiqi davamıdır.
Pyes və roman Azərbay¬can yenidən müstəqillik qazandığı vaxtdan keçən son 30 ildə respublikada baş verən hadisələri əhatə edir. Hər iki əsərdə əsas mövzu Qarabağ münaqişəsidir.
Müəllif özünəməxsus şəkildə göstərir ki, hər bir münaqişənin həllində kompromisdən əlavə üçüncü variant da ola bilər. Həmin məqbul variant Qarabağ münaqişəsinin həlli üçün də tapılmalıdır və müəllif Larisa obrazının timsalında bunu qabarıq verməyə çalışmışdır.
Oxuculara təlqin olunur ki, obrazlı şəkildə “Bitişik otağın pəncərəsi” adlanan bu metod Qarabağ probleminin dinc yolla və birdəfəlik həlli üçün də uğurla tətbiq oluna bilər.
P.S. Bu kitabı elektron formada pulsuz əldə etmək istəyənlər aşağıdakı WhatsApp və ya Telegram nömrəsinə yaza bilərlər: +994 50 371 17 54