Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə mediası hökumət mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə R.T.Ərdoğan İstanbuldan Azərbaycana yola düşəcək. Baş nazirin səfərdən öncə mətbuat konfransı keçirəcəyi də gözlənilir.
Səfər çərçivəsində onun Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcəyi və bir sıra məsələləri müzakirə edəcəyi planlaşdırılır.