Prezidentliyə keçmiş namizəd Cəmil Həsənli bir vaxtlar Milli Məclisdən verilmiş "Deputatların binası”ndakı mənzilini satmaq istəyir.

 Bu barədə Mia.az-a binada yaşayan deputatlardan biri məlumat verib. Bildirib ki, C.Həsənli mənzili ilə bərabər, binanın zirzəmisində olan obyektini də satışa çıxarıb: "Mənzil və obyektini neçəyə satdığını isə deyə bilmərəm. Bunu özüylə dəqiqləşdirə bilərsiniz!”.

 Təəssüf ki, hələlik C.Həsənlinin mövqeyini öyrənə bilmədik. Bizi izləyin! 

Mia.az

****

C.Həsənli Mia.az-ın xəbərinə anlaşılmayan münasibət bildirib. O, AzNews.az-a açıqlamasında "Bu yalan söhbətdir. Həmin evi növbəlilik prinsipi əsasında almışam. Yəni o evi mən əta etməyiblər”, - deyə, qeyri-müəyyən cavab verib.