Müdafiə naziri Zakir Həsənovun oğlu Nazim Həsənov Baş Mühafizə İdarəsinin Nərimanov rayon İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Mia.az "Axar.az”-a istinadən xəbər verir ki, N.Həsənov bu gün şəxsi heyətə təqdim edilib.
Xatırladaq ki, Nazim Həsənov buna qədər Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin rəis müavini vəzifəsində çalışıb.