Rusiya Ordusu Ukraynanın Rovno vilayətində böyük yanacaq bazasını qanadlı raketlərlə məhv edib.
Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov açıqlayıb: “Martın 28-də axşam saatlarında yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rovno vilayətinin Klevan kəndi yaxınlığındakı böyük yanacaq bazasını məhv edib. Kiyev ətrafı qəsəbələrdə Ukrayna hərbi texnikası üçün yanacaq məhz bu bazadan verilib. Bununla bərabər, Rusiya aviasiyasının ötən gecə ərzində Ukraynanın 68 hərbi obyektini, o cümlədən üç Buk-M1 və bir “Osa” zenit raket kompleksi sistemini məhv edib".