“Dünya sizdən gələn müjdələri gözləyir”.
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib.
O bildirib ki, müzakirələrdə əldə etdiyiniz nəticə növbəti mərhələdə liderlər səviyyəsində təması da təmin edə bilər: "Türkiyə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin görüşünə ev sahibliyi etməyə hazırdır".
Xatırladaq ki, Ərdoğanla görüşdə Rusiyalı milyarder Roman Abramoviç də iştirak edib.
***
“Rusiya-Ukrayna müharibəsinin bitməsi, sülhün bərqərar olması üçün səmimi səylər göstərən yeganə ölkə Türkiyədir”.
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, sabah İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarından əvvəl Türkiyə tərəfi iki ölkə heyətlərinin üzvləri ilə qısa görüş keçirəcək: "Biz yeganə ölkəyik ki, 2014-cü ildən indiyədək davam edən Ukrayna-Rusiya böhranını razılaşma yolu ilə həll etməyə çalışırıq. Bu gün biz hər iki tərəfin səmimiyyətinə və ədalətinə inandığı ölkəyik. Bundan əvvəl Antalyada tərəflər arasında xarici işlər nazirləri səviyyəsində görüş keçirilib: Sabah danışıqlardan əvvəl nümayəndə heyətləri ilə qısa görüşümüz olacaq. Zelenski və Putinlə apardığımız telefon danışıqları məhsuldar keçib".
.