Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 17 min hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 586 ədəd tankı, 1 694 ədəd zirehli döyüş maşını, 302 ədəd artilleriya sistemi, 95 ədəd RYAS, 54 hava hücumundan müdafiə sistemi, 123 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 150 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 66 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.