Türkiyə prezidenti Ərdoğan Rusiya prezidenti Putinlə bu gün telefonda danışıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Ərdoğan Putinlə söhbətində atəşkəsin dərhal təmin olunmasının vacibliyini öə çəkib.

Daha sonra liderlər Ukrayna-Rusiya danışıqlarının İstanbulda keçirilməsinə razılaşıblar: "Danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə olunub. Prezident Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna danışıqlar nümayəndə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər".

Mia.az