Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 16600 hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 582 ədəd tankı, 1 664 ədəd zirehli döyüş maşını, 294 ədəd artilleriya sistemi, 93 ədəd RYAS, 52 hava hücumundan müdafiə sistemi, 121 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 144 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib".