Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 16400 hərbçisi öldürülüb: "Bununla yanaşı, 575 ədəd tankı, 1 610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 131 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu məhv edilib".