Ukrayna silahlı qüvvələri son gündə Rusiya ordusuna ağır zərbələr vurub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son gündə əməliyyatla Rusiyanın 170 hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 8 tankı, 17 zirehli texnikası və 11 avtomobil texnikası, 3 qırıcı, 3 PUA, 1 helikopter və 5 qanadlı raket məhv edilib. Eyni zamanda, Silahlı Qüvvələrin zərbə aviasiyası qırıcıların müşayiəti altında Rusiya qoşunlarının texnika kolonlarına və toplaşmış canlı qüvvəsinə raket və bomba zərbələri endirib”.