Türkiyə prezidenti Ərdoğan Brüssel səfərinin dönüşündə jurnalistlərə açıqlamalar verib.
Mia.az xəbər veirr ki, o, tezliklə Rusiya prezidenti Putinə müraciət edəcək: "Cənab Putinlə NATO-dakı görüşlərin müzakirəsini aparıb, daha sonra "Artıq sülh üçün atılacaq addımın memarı sən olmalısın" deməliyik. Ona "bir qürurlu çıxış et", - deməklə, bu prosesi sülhə bağlamamız lazımdır".
Ərdoğan bildirib ki, Putinin Ukraynaya altı tələbi var: "Bunlardan ilk 4-ünə cənab Zelenski müsbət yanaşır. NATO-ya üzvlük, Ukraynada Rus dilinin rəsmiyyəti, Ukraynanın bəlli şərtlərlə neytral dövlət kimi silahsızlandırılması və Ukraynanın təhülkəsizlik təminatı məsələlərində razılaşmaya tərəflər loyal baxır. Amma təbii ki, Ukrayna Krım və Donbas məsələlərində əvvəlki şərtlər kimi loyal deyil.Düzdür, Zelenski bu bölgələrlə bağlı referendumu xatırlatmaqla, əsl liderlik nümunəsi göstərib.
Mia.az