Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 16100 hərbçisi öldürülüb: "Bununla yanaşı, 561 ədəd tankı, 1 625 ədəd zirehli döyüş maşını, 291 ədəd artilleriya sistemi, 90 ədəd havadan müdafiə sistemi, 49 ədəd zenit kompleksi, 115 ədəd hərbi təyyarəsi, 125 ədəd helikopteri, 1 089 ədəd nəqliyyat vasitəsi, 5 ədəd gəmi/kater, 72 ədəd yanacaq çəni, 53 ədəd dronu, 18 ədəd xüsusi texnikası məhv edilib".