“Çin və Belarus Rusiyaya yardımı dayandırmalıdır”.

Mia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Pekin iqtisadi və digər sahələrdə Moskvaya dəstəyini dayandırmalıdır: "Çin Rusiyaya təzyiq göstərməli və dərhal konstruktiv mövqe ortaya qoymalıdır. Belarus da, həmçinin Rusiya işğalına ortaqlıqdan əl çəkməlidir”.